Bayden və Zelenski Vilnüsdə görüşdü

NATO-nun Vilnüs sammiti çərçivəsində ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenski arasında görüş olub.

Trend xəbər verir ki, görüşdə Amerikanın uzaqmənzilli raketlərinin Ukraynaya təhvil verilməsi və F-16 qırıcılarının tədarükü məsələsinə toxunulub.


Bildirilib ki, F-16 qırıcıları Ukrayna Silahlı Qüvvələrinə bu təyyarələrə malik olan Avropa ölkələri tərəfindən veriləcək.