Ərdoğan Türkiyənin Aİ-yə daxil olmasında NATO sammitinin rolunu qeyd edib

NATO-nun Vilnüs sammiti terrorizmlə mübarizə sahəsində mühüm qərarların qəbul edilməsində, eləcə də Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması prosesində böyük rol oynadı.

Trend-in məlumatına görə, bu barədə öz "Telegram" kanalında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Ərdoğan Türkiyəyə qarşı sanksiyaların ləğvi prosesində də sammitin rolunu qeyd edib.


"Biz bundan sonra da hər platformada ölkəmizin maraqlarını, hüquqlarını və qanunlarını səylə qoruyacağıq", - deyə Türkiyə prezidenti əlavə edib.

Qeyd edək ki, Litvanın paytaxtı Vilnüsdə iyulun 11-12-də NATO liderlərinin sammiti keçirilib.