Qarğaların sayı artdı, camaat tarlalarda növbə çəkməyə başladı

Türkiyənin Bitlis bölgəsinin Tatvan rayonunda qarğalar az qala mahalı zəbt edib. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, quşlar bağlarda və tarlalardakı meyvə- tərəvəzlərə ziyan vurandan vətəndaşlar ayıq-sayıq olmağa başlayıblar.

Son günlər rayon mərkəzində sayının artması müşahidə edilən qarğalar suya daldıqları bağlara ziyan vurur.

Bağ və tarlalardakı məhsulu qoparıb, zərər verən qarğalar vətəndaşlara əziyyətli günlər yaşadır.


Aldıqları müxtəlif tədbirə baxmayaraq, qarğa sürülərini bağlarından və tarlalarından uzaqlaşdıra bilməyən vətəndaşlar, günün çox hissəsini  məhsulu qorumaq üçün müxtəlif usullara əl atırlar.
Əkin sahələrinə və bağçalarına qoyduqları məhəccərlərə baxmayaraq məhsullarını qarğa hücumundan qoruya bilmədiklərini söyləyən sakinlər quşların əkin sahələrinə ciddi maddi ziyan vurduğunu bildiriblər.







 

 
Yeni əkilən tinglərin qarğalar tərəfindən kökündən qoparıldığını, meyvə verməyə başlayan tərəvəz və meyvələrin budaqlarından qoparılaraq zədələndiyini vurğulayan vətəndaşlar təhlükənin və maddi ölçüsünün gündən-günə artdığını diqqətə çatdırıblar.

Turan