"TikTok"da 700 min türk hesabının oğurlandığı ortaya çıxıb

"TikTok" dünyada ən çox istifadə edilən sosial media platformalarından biridir. ABŞ-Çin rəqabəti səbəbindən böyük təhlükəsizlik müzakirələrinin mərkəzində olan "TikTok" Türkiyədə də sosial media istifadəçiləri arasında çox populyardır.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın “Forbes” media şirkətinin məlumatına görə, 2023-cü ilin aprel ayında Türkiyədə 700 min "TikTok" hesabı oğurlanıb.

Daha da əhəmiyyətlisi, sistemdəki açığın keçən il "TikTok"un təhlükəsizlik direktoru Kim Albarellaya bildirildiyi, lakin "TikTok" xərclərə görə heç bir addım atmayıb.


Bildirilib ki, "TikTok" tərəfindən göndərilən birdəfəlik parollar üçüncü şəxslər tərəfindən də görünə bilər.

Forbes-in xəbərinə görə, İngiltərədə yerləşən kəşfiyyat şirkəti GCHQ də Çinin sosial media nəhəngini məlumatlandırıb.

Hücumların Türkiyədə seçkilərdən əvvəl baş verməsi də onların qəsdən edildiyi iddialarını gücləndirir. 2023-cü ilin aprelində baş verən hücumun "TikTok"da ən böyük təhlükəsizlik boşluğu olduğu bildirilib. Vurğulanıb ki, platformada əvvəllər heç vaxt bu ölçüdə hesab oğurluğu hadisəsi olmayıb.

Turan