Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI 

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 239 480 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 123 tank, 8 059 zirehli maşın, 4 573 artilleriya sistemi, 689 reaktiv yaylım atəşi sistemi, 430 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 310 helikopter, 3 885 PUA, 1 279 qanadlı raket, 18 gəmi/qayıq, 7 105 avtomobil texnikası və avtosistern, 683 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Ukraynada müharibə 2022-ci il fevralın 24-də başlayıb.