Ermənistanın həbsdə olan keçmiş nazirinin qanunsuz əmlaklarınin siyahısı açıqlanıb


Ermənistanın İstintaq Komitəsi keçmiş təhsil və elm naziri Armen Aşotyan, İrəvan Dövlət Tibb Universitetinin digər keçmiş rəhbərlərinə aid qanunsuz əmlakların siyahısını açıqlayaraq prokurorluğa göndərib.

“Report” xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, universitetin Himayəçilik Şurasının keçmiş sədri, sabiq təhsil və elm naziri Armen Aşotyan, ali məktəbin sabiq rektoru Mikayel Nərimanyan, habelə daha üç nəfərə qarşı korrupsiya faktları üzrə cinayət işi başlanıb.

İstintaq materiallarına görə, Aşotyan, Nərimanyan və onlarla əlaqəli şəxslər 36 ədəd mövcud və 15 ədəd satılan daşınmaz əmlakın, həmçinin 37 ədəd daşınar əmlakın qanunsuz əldə edilməsində ittiham olunurlar.

Əmlakların müsadirə edilməsi məsələsinin araşdırılması üçün məlumatlar prokurora verilib.