Bosniya və Herseqovinada əlverişsiz hava şəraiti fəsadlar törədib

Bosniya və Herseqovinada leysan yağışları və güclü külək bir sıra fəsadlara səbəb olub.

AZƏRTAC xəbər verir ki, tufan səbəbindən bəzi yaşayış məntəqəsində nəqliyyatın hərəkətində fasilələr yaranıb. Güclü külək nəticəsində Mostar və Travnik şəhərlərində ağaclar avtomobillərin üzərinə və yollara aşıb. Zenitsa və Banya Lukada şəhərlərində isə elektrik enerjisinin verilişdə qısa müddətli fasilələr olub.

Əlverişsiz hava şəraiti səbəbindən bir çox şəhərdə infrastruktura ciddi ziyan dəydiyi, insan tələfatının olmadığı bildirilib.