ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Oklend şəhərində silahlı insident baş verib.

Trend xəbər verir ki, atışma nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.

Şəhərin meri Ueyn Braun bildirib ki, atəş açan şəxs polislər tərəfindən güllələnib.