BMT “Beynəlxalq Təmiz Enerji Günü”nün elan edilməsi ilə bağlı qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təsis edildiyi 26 yanvar tarixinin “Beynəlxalq Təmiz Enerji Günü” elan edilməsi ilə bağlı qətnamə qəbul edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi məlumat yayıb.


Təmiz enerjiyə hədəflənən xüsusi günün yaradılması enerji keçidinə nail olmaq həmçinin Davamlı İnkişaf 2030 gündəliyinin icrası istiqamətdə işlərin sürətləndirilməsinə töhfə verəcək.