ABŞ FES uçot dərəcələrini artırmağa davam edəcək

ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) sədri inflyasiyanın "çox yüksək" olaraq qalması səbəbindən mərkəzi bankın "uyğun olarsa", faiz dərəcələrini artırmağa davam edəcəyini bildirib.

Trend “The Financial Times” nəşrinə istinadlən xəbər verir ki, FES-in İdarə Heyətinin sədri Cerom Pauel mərkəzi bank rəhbərlərinin illik toplantısında qiymət artımının sürətinin pik nöqtədən aşağı düşdüyünü, bununla belə, həmin rəqəmin 2 faizlik hədəfin üstündə qaldığını söyləyib.

O əlavə edib ki, bu səbəbdən uçot dərəcələri daha uzun müddət yüksək qala bilər.

Birləşmiş Ştatlarda inflyasiya iyul ayına qədər 3,2 faizə çatıb, əsas uçot dərəcəsi isə 5,25 faizdir ki, bu da son 22 ilin ən yüksək səviyyəsidir.