Şahzadə həyat yoldaşından ayrıldı

Monako şahzadəsi II Albert və onun həyat yoldaşı şahzadə Şarlin haqqın daha bir iddia ortaya atılıb.


Axşam.az xəbər verir ki, ilk olaraq şahzadənin rəsmi instaqram hesabı bağlanıb. Sosial şəbəkədə tez-tez 8 yaşlı əkizləri - Şahzadə Jak və Şahzadə Qabriellanın fotoşəkillərini paylaşan Şarlin son vaxtlar heç bir görüntü yayımlamırdı.

Fransa və alman mediası onun saraydan ayrıldığını və indi ərinə yalnız təyinatla baş çəkdiyini yazıb. Bildirilib ki, şahzadə yay tətilindən sonra evinə qayıtmayıb. Uşaqları və əri İsveçrədə yaşamağa başlayıb.

Xatırladaq ki, şahzadə vətəni Cənubi Afrikada bir neçə ay qaldıqdan sonra həyat yoldaşı ilə bir araya gəlməyib. Onun infeksiyaya yoluxduğu və uzun müddət müalicə aldığı deyilib.