Araikin ofisi atəşə tutuldu

Avqustun 28-də gecə saatlarında naməlum şəxslər Xankəndidəki qondarma rejimin rəhbəri Araik Arutyunyanın “administrasiya”sının binasına yaxınlaşaraq atəş açıblar. 

Cebhe.info xəbər verir ki, “İnfoteka” "Telegram" kanalı atışma anını əks etdirən video yayımlayıb.

Ölən və yaralananlar barədə məlumat verilmir.