ABŞ nümayəndə heyəti Türkiyəyə gəlib

ABŞ Prezidenti Cozef Baydenin xüsusi nümayəndəsi Amos Hoçsestin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə gəlib.

“Report” xəbər verir ki, onlar Türkiyə Prezident Administrasiyanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıçla görüşüb.

Görüş zamanı ikitərəfli əlaqələr, həmçinin enerji sahəsindəki əməkdaşlıq müzakirə olunub.

Eyni zamanda, Türkiyə ilə İraq arasındakı münasibətlər barədə fikir mübadiləsi aparılıb.