Rusiya: Ermənistan ərazi bütövlüyünü tanıyıb!

Moskva Rusiyanın sülhməramlı kontingentinin Azərbaycan sərhədçiləri tərəfindən erməni tələbələrin “oğurlanması”na görə məsuliyyəti öz üzərinə götürməsini iddiasını yersiz, yanlış və əsassız hesab edir. Çünki İrəvan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqdan sonra yeni vəziyyət formalaşıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Laçın dəhlizində mövcud vəziyyət Ermənistanın Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanımasının nəticəsidir”, - Zaxarova bildirib.