Bayden Floridada qasırğa ilə əlaqədar fövqəladə vəziyyət elan edib

ABŞ Prezidenti Cozef Bayden "İdalia" qasırğası ilə əlaqədar Floridada fövqəladə vəziyyət elan edən fərman imzalayıb və yerli hakimiyyət orqanlarına federal yardım göstərilməsini əmr edib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Baydenin əmri ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyindən Florida hakimiyyətinə yardımı nəzərdə tutur.

Amerika lideri əyalət qubernatoru Ron De Santis ilə telefon danışığında deyib ki, o, təbii fəlakətin nəticələrinə kömək etmək üçün bütün mövcud federal resursları göndərməyi əmr edib.