Türkiyə ordusu İraqın şimalında terrorçulara hava zərbələri endirib

Türkiyə ordusu İraqın şimalındakı Kandil və Asos bölgələrində terrorçulara qarşı hava əməliyyatı keçirilib.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, gecə saatlarında terrorçuların bazalarına havadan zərbələr endirilib, onların istifadə etdiyi 16 mağara girişi, 4 sığınacaq və 2 material anbarı məhv edilib, çox sayda terrorçu zərərsizləşdirilib.