Sinqapurda prezident seçkilərinin qalibi məlum olub

Sinqapurda keçirilən prezident seçkilərində baş nazirin keçmiş müavini Tharman Şanmuqaratnam qalib gəlib.

APA xəbər verir ki, bu barədə “The Straits Times” məlumat yayıb.

Sinqapur Seçki Departamentinin açıqladığı yekun nəticələrinə əsasən Şanmuqaratnam 70,4% səslə qalib gəlib.

Onun rəqibləri - Nq Kok Sonq və Tan Kin Lian müvafiq olaraq 15,72% və 13,88% səs toplayırlar.