Rusiyada avtobus qəzasında 11 nəfər yaralanıb

Rusiyanın Yekaterinburq şəhərində avtobusun qəza törətməsi nəticəsində 11 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi teleqramda məlumat yayıb.

İlkin məlumata görə, avtobus sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dirəyə çırpıb.

“Hadisə yerində bir neçə yol polisi briqadası işləyir. 11 sərnişin xəstəxanaya çatdırılıb, hazırda onlar həkimlər tərəfindən müayinə olunur”, - məlumatda deyilir.