İtaliya “Bir kəmər, bir yol” təşəbbüsündən çıxır

İtaliya parlamenti Romanın ölkəyə gözlədiyi nəticəni gətirməyən “Bir kəmər, bir yol” təşəbbüsündən geri çəkilməsinə qərar verə bilər.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"Biz Çinlə intensiv əməkdaşlığı davam etdirmək istəyirik, lakin eyni zamanda ixracı təhlil etməliyik", - İtaliyanın Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tajani bildirib.

Onun sözlərinə görə, ölkənin təşəbbüsdə iştirakını təhlil etsək, o zaman bunun gözlənilən nəticəni vermədiyini görərik:

"İtaliyanın Çinə ixracı ötən il 16,5 Fransa - 23, Almaniyaya isə 107 milyard avro təşkil edib. Parlament qiymətləndirmə aparmalı və bundan sonra bu layihədə iştirakımızın bərpa edilib-edilməməsi barədə qərar verməlidir".