Nigeriya prezidenti bütün səfirlərin geri çağırıldığını elan edib


Nigeriya prezidenti Bola Tinubu bütün səfirlərin geri çağırılması barədə sərəncam imzalayıb.

APA xəbər verir ki, bu barədə Tinubunun ofisi "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd olunub ki, sərəncamsentyabrın 2-dən qüvvəyə minib.

BMT Baş Assambleyasının sentyabrın 19-dan keçiriləcək sessiyası ilə əlaqədar Cenevrə və Nyu-Yorkdakı nümayəndəliklər geri çağırılmayıb.