Kim Çen In silah-sursat fabrikinə baxış keçirib

Şimali Koreya lideri Kim Çen In Pukçjun Maşınqayırma Zavoduna və sursat fabrikinə baxış keçirib.

Bu barədə “Report” Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, KXDR rəhbəri zavodun texniki modernləşdirilməsinin gedişindən məmnunluğunu ifadə edib, həmçinin potensialın daha da artırılmasının vacibliyini vurğulayıb.

Bundan əlavə, Kim Çen In qeyd edib ki, müəssisə ölkənin gəmiqayırma sənayesinin inkişafında, milli Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsində mühüm və əvəzsiz rol oynayır.

Bundan əvvəl KXDR-in Xalq Ordusu Cənubi Koreyada hədəflərin məhv edilməsi imitasiyası ilə taktiki nüvə silahlarına zərbələr endirmək üzrə təlimlər keçirib. Bu zaman yandırılmış torpaq taktikası tətbiq edilib.