Putin və Ərdoğanın müzakirə edəcəyi mühüm məsələ...

Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Soçidə keçiriləcək görüşdə həm ikitərəfli, həm də regional məsələləri ətraflı müzakirə edəcəyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə "TRT Haber"in məlumatında deyilir.

Gündəmin ən vacib məsələsinin taxıl dəhlizi olacağı qeyd edilir.

Danışıqlar zamanı Rusiya və Türkiyə prezidentlərinin bu məsələyə daha strateji nöqteyi-nəzərdən baxacağı güman edilir.

Putinlə Ərdoğanın görüşündə Rusiya qazının Türkiyə üzərindən Avropaya nəqli layihəsi də gündəmdə olacaq.

Tərəflər həmçinin regional hadisələri, o cümlədən Ukrayna müharibəsini müzakirə edəcəklər.

Rusiya ilə Ukrayna arasında əsir mübadiləsinin də ön plana çıxacağı gözlənilir.