Ukraynanın şəhərləri atəşə tutulub

Rusiya ordusunun Ukraynanı atəşə tutması nəticəsində ötən gün 2 mülki şəxs ölüb, 14 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Ukraynanın 10 regionunu atəşə tutub və müxtəlif növ silahlardan - qumbaraatanlardan, minaatanlardan, tanklardan, artilleriya qurğularından, hava hücumundan müdafiə sistemlərindən istifadə edilməklə 132 yaşayış məntəqəsi hücuma məruz qalıb.