Ermənistan baş nazirinin müavini: “İnfrastrukturun bərpası region üçün müsbət qərardır"

“İnfrastrukturun bərpası region üçün müsbət qərardır. Lakin bu məsələ ilə bağlı hələ bir çox sual var”.

“Report” xəbər verir ki, bu fikirləri Ermənistan baş nazirinin müavini Mger Qriqoryan deyib.

O əmindir ki, İrəvanın müəyyən tərəfdaşlarının hərəkətlərinə yalnız ağ-qara qiymət vermək olmaz.

A.Qriqoryan qeyd edib ki, Avropa İttifaqı sərhəddə yaranan gərginliyə hələ münasibət bildirməyib.