Rusiyanın atdığı “Şahid”lər Rumıniyaya düşdü

Rusiyanın Odessanın İzmail limanına atdığı “Şahid” PUA-ları Rumıniya ərazisinə düşərək partlayıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Oleq Nikolenko deyib.

Nikolenko partlayışdan görüntüləri də paylaşaraq qeyd edib ki, bu, Rusiyanın raket terrorunun təkcə Ukraynanın deyil, həm də qonşu ölkələrin, xüsusən də NATO üzvü olan ölkələrin təhlükəsizliyinə böyük təhlükə yaratdığının növbəti təsdiqidir.