Finlandiya ilk ölkə oldu: Rəqəmsal pasport tətbiqi sınaqdan keçirilib

Finlandiya dünyada rəqəmsal pasport tətbiqini sınaqdan keçirən ilk ölkə oldu. Sherg.az xarici KİV-lərə istinadən xəbər verir ki, Finlandiya səlahiyyətliləri Rəqəmsal Səyahət Sənədinin fiziki pasport qədər etibarlı olduğunu söyləyirlər.

Pilot proqram Finlandiya vətəndaşlarına öz smartfonlarında rəqəmsal şəxsiyyət sənədini göstərməklə Böyük Britaniyaya səyahət etmək imkanı verir.

Rəqəmsal pasport sistemi Finlandiya Hava Yolları ilə Helsinkidən London, Edinburq və Mançesterə uçuşlarda sınaqdan keçirilib.

Fevral ayının sonuna qədər davam edəcək pilot tətbiqdən faydalanmaq üçün barmaq izi və üz tanıma məlumatları ilə birdəfəlik qeydiyyatdan keçmək lazımdır.

Uçuşdan dörd saat əvvəl smartfon proqramı vasitəsilə Finlandiya Sərhəd Nəzarəti Bölməsinə məlumat göndərmək kifayətdir.