KİV: “ABŞ-də Ukraynaya qarşı üstüörtülü tənqidlər əbəs yerə deyil"

“ABŞ-də Ukraynaya qarşı üstüörtülü tənqidlər əbəs yerə deyil. Bu, ABŞ-də gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində ictimai rəyi formalaşdırmaq üçündür".

“Report” xəbər verir ki, bu barədə “The Japan Times” nəşrində dərc olunan “Müttəfiqlər Ukraynanın müharibə strategiyasını şübhə altına alır və Kiyevi qıcıqlandırır” sərlövhəli məqalədə yazılıb.

Bildirilib ki, son iki həftədir ABŞ mediası anonim hərbi mənbələrə istinadən Ukraynanın strategiyasını şübhə altına alır:

“ABŞ mediasının yazdığına görə, Ukraynanın silahlı qüvvələri Rusiyanın müdafiə xətlərini yarmaq üçün lazımi səviyyədə deyil”.