MM Gürcüstanla müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişi müzakirəyə çıxaracaq

“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq ediləcək.

“Report” xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

İclasın gündəliyinə 4 məsələnin müzakirəsi daxil edilib. Bunlar aşağıdakılardır:

1.2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabat.

2.Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2023-cü il payız sessiyası üçün iş planının layihəsi.

3.“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.

4.“Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.