Zelenskidən Krımla bağlı yeni QANUN

Ukrayna Prezidenti Volodimir Zelenski Krımın yeni inzibati-ərazi quruluşu haqqında qanun imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

“Qanunun əsas məqsədi yarımadanın işğaldan azad edilməsi üçün zəmin hazırlamaqdır”, - Ukrayna Prezidentinin Krım nümayəndəliyinin bəyanatında deyilir. Qanun yarımadanın dekommunizasiyasını da nəzərdə tutur.

Bundan sonra orada Ukrayna regional dövlət administrasiyaları yaradılacaq və Krım işğaldan azad edildikdən sonra dövlət hakimiyyətinin bərpasının xüsusiyyətləri haqqında qanun da qəbul ediləcək.

"Əminik ki, bu, Krım yarımadasının işğaldan azad edilməsi və müharibədən sonrakı bərpası istiqamətində mühüm addımdır", - məlumatda deyilir.