Hakan Fidan NATO-nun baş katibi ilə telefonla danışıb

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün NATO-nun baş katibi Yens Stoltenberq ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.


Danışıq zamanı Ukraynadakı vəziyyət, taxıl dəhlizinin bərpası istiqamətində atılan addımlar və İsveçin NATO-ya üzvlüyü müzakirə edilib.