Misirdə yaşayış binası uçub, ölənlər var

Misirin paytaxtı Qahirədə dördmərtəbəli yaşayış binasının uçması nəticəsində azı 4 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə “Səda Əl-Balad” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 5 nəfər yaralanıb.

Binanın uçmasının səbəbi hələ ki məlum deyil.