Bu, İrəvanın Moskvaya qarşı xəyanətidir - Mixaylov

Emənistanla ABŞ-nin keçirəcəyi birgə təlimlər İrəvanın Moskvaya qarşı xəyanətidir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib.

O qeyd edib ki, Ermənistanın bu qərarı Moskva ilə İrəvan arasında ikitərəfli münasibətlərə zərbədir.

“Bu, Azərbaycan və Rusiyanın maraqlarını daha da yaxınlaşdırır. İki ölkə razılaşmalara dəqiq əməl edir və 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli bəyanatı yerinə yetirirlər, Ermənistan isə buna əməl etmir", - ekspert bildirib.

Qeyd edək ki, Ermənistan müdafiə nazirliyi sentyabrın 11-dən 20-dək ölkə ərazisində ABŞ-la birgə hərbi təlimlər keçiriləcəyi barədə xəbər yayıb.