İlon Mask 1 milyard borc götürüb

"X" şirkətinin sahibi İlon Mask sosial şəbəkəni satın aldığı vaxtda onun idarəçiliyi ilə bağlı “SpaceX” şirkətindən 1 milyard dollar borc götürüb.

Trend xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Məlumata görə, “SpaceX” İlon Maska məxsus səhmlərin bir hissəsi ilə təmin edilmiş krediti 2022-ci ilin oktyabrında təsdiqləyib.

Mask 2022-ci ilin noyabrında xüsusi razılaşma çərçivəsində pulu faizlə şirkətə qaytarıb.

Qeyd edək ki, bu ilin iyul ayında "X" (tvitter) sahibi İlon Mask şirkətin loqosunun tezliklə dəyişəcəyini və mavi quşla vidalaşacağını söylədikdən sonra platformanın adı "X" olaraq dəyişdirilib və yeni ünvanı "X.com" olub.