Bədəlyan və Gevorkyan həbs edildi


Rusiyapərəst erməni bloger Mikael Bədəlyan və “Sputnik Ermənistan”ın icmalçısı Aşot Gevorkyan ötən gecə Gorus şəhərində saxlanılıblar.

Axar.az xəbər verir ki, erməni mediası bu barədə məlumat yayıb.

“Onlar hazırda İstintaq Komitəsindədirlər”, - bildirilib.

Onların hansı səbəbdən saxlanıldığı məlum deyil.

***

Ermənistan Milli Təhlükəsizlik Xidməti erməni bloger Mikael Bədəlyan və “Sputnik Ermənistan”ın icmalçısı Aşot Gevorkyanın həbs edilməsi barədə məlumat yayıb.