ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

ABŞ Ukraynaya 600 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayıb.

APA-nın məlumatına görə, bu barədə Pentaqonun sözçüsü Sabrina Sinq brifinqdə bildirib.


Paketə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün avadanlıq, artilleriya sursatları, minatəmizləmə texnikası və s. daxildir.