Gürcüstanın Baş naziri: "Aİ-yə namizəd statusu almağımız...”

“Avropa İttifaqına (Aİ) namizəd statusunun alınması ilə bağlı tövsiyələrin əsas hissəsi yerinə yetirilib”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borel ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Gürcüstan Aİ-yə üzvlüyə layiqdir: “Təəssüf ki, ölkədəki radikal müxalifət bu prosesə mane olmağa çalışır”.