Şimali Koreya nüvə silahlı sualtı qayıq buraxdı

Şimali Koreya nüvə silahı daşıya bilən ilk sualtı qayığını suya buraxıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumatb yayıb.

“Kim Qun Ok” adını alan sualtı qayıq SSRİ-də 50-ci illərin sonlarında inşa olunmuş qayığın modernləşdirilmiş versiyasıdır. Qayıqda raketlər üçün 10 ədəd buraxılış qurğusu var.

Sualtı qayıq Koreya yarımadasını Yaponiyadan ayıran sularda xidmət edəcək.