Almaniya Kansleri Paşinyanla telefonla danışıb

Ermənistan baş naziri Nikol Paşinyan və Almaniya Kansleri Olaf Şolts arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi müzakirə ediblər.

Kansler Şolts regionda sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, sentyabrın 9-da Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa Prezidenti Emmanuel Makronla da telefon danışığı baş tutub.