Ağ Ev: ABŞ, Aİ, Hindistan və Səudiyyə Ərəbistanı yeni iqtisadi dəhliz yaradacaq

ABŞ, Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Hindistan yeni Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizinin yaradılması haqqında razılığa gəlib.

APA-nın məlumatına görə, bu barədə Ağ Ev iştirakçı ölkələrin memorandumuna istinadən məlumat yayıb.
Sənədə əsasən, əsas məqsəd iqtisadi inkişafı stimullaşdırmaqdır.