Ayın ən uzaq nöqtəsində teleskop qurulacaq

Bu teleskopla digər planetlərin izlənəcəyi bildirilir

Ayda teleskop yerləşdiriləcək. NASA “Lunar Crater Radio Telescope” (qısa adı LCRT) adlanan Ay krateri radio-teleskopunu artıq maliyyələşdirir. 

“Sherg.az” “Mashable.tr”yə istinadən xəbər verir ki, NASA bu teleskopu kosmosa göndərmək və Ayda yerləşdirməyi planlaşdırır. Ayın səthində teleskop yerləşdirmək yeni fikir deyil. NASA-da illərdir bu barədə düşünürlər və bu yöndə çalışmalar davam edir. Ötən əsrdə kosmonavtlar Ay səthində retroreflektorlar yerləşdirib, bunun sayəsində astro-fiziklər Yerlə Ay arasındakı məsafəni sadəcə millimetrlik xəta ilə ölçə biliblər. 

 İndi isə söhbət tamamilə yeni bir cihazdan – “hiperteleskop”dan gedir. Məlumatlara görə, bu teleskop Ayın ən uzaq nöqtəsində qurulacaq. Teleskopun başqa bir variant – 6.5 metr uzunluqda teleskoplardan ibarət “Life Finder Telescope At Lunar Poles (LFTALP) - Ay Qütbü Həyat Axtarışları Teleskopu mövcud olub. Bu teleskopla digər planetlərin izlənəcəyi də bildirilir. 

Bildirilir ki, teleskop enerjini Ay kraterindən əldə edəcək. Lakin teleskopun şüşələrinin zamanla tozla örtüləcəyi problemi də var ki, NASA alimləri əvvəlcə bunu necə həll edəcəklərini düşünməlidir. Üstəlik, Ayda da, planetimizdəki qədər olmasa da, hər halda zəlzələlər baş verir. Bu zaman teleskop da zədələnib sıradan çıxa bilər. Belə olarsa teleskopun yenidən işlək vəziyyətə gətirilməsi lazım gələcək. Bunlar hamısı həddindən artıq maliyyə tələb edən işlərdir. Hələlik dəqiq olan budur ki, Ayda teleskop - “nəzarət köşkü” yerləşdirmək istəyirlər.