500 milyon dollarlıq lüks gəmi

Burcu Güneş hindli milyonçunun gəmisində oxudu

 Türkiyədə tanınan müğənni Burcu Güneş hindli milyonçunun gəmisində səhnəyə çıxmasıyla gündəmə gəlib.

 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən xəbər verir ki, ifaçı dəyəri 500 milyon dollar olduğu bildirilən lüks gəmidə səhnəyə çıxaraq mahnılar ifa etdiyini şəxsi instaqram hesabından paylaşıb. Gəmi hindli milyonçu Ravi Ruiaya məxsusdur. Burcu Güneş isə hindli milyonçu və həyat yoldaşı Madhunun dəvətlisi olub. Hindli zəngin ailənin İstanbula gəlişinin səbəbi isə milyonçunun həyat yoldaşının doğum gününü qeyd etməkdir. Burcu Güneş ötən günlərdə tv-proqramda səmimi etirafları ilə gündəmə gəlib. 47 yaşlı müğənni illər sonra qovuşduğu anası haqqında danışıb: 

“7 yaşım olanda anamla atam ayrılıblar. 18 yaşıma qədər anamı görmədim. Amma onun həsrətini çəkirdim və ona şeirlər həsr edirdim. Anamla o illər ərzində heç qarşılaşmadım. Evdə atamın anasının sərt tərbiyəsi ilə böyüdüm. Anamı illər sonra İzmirdə tapdım. O zamanlar mobil telefonlar yox idi, anamın bizim evə zəng etməsi qadağan edilmişdi. Atam başqa bir qadınla evlənmişdi, o qadın da anamın bizə gəlməsini, mənimlə görüşməsini yasaqlamışdı. Bunları ilk dəfədir anladıram. Həyatımdan çox maraqlı roman yazıla bilər. Lakin hər şeyi danışa bilərəmmi, çətindir söyləmək”.