HƏMAS İsraili məğlub etdi - Xamenei

HƏMAS döyüşçüləri İsraili hərbi cəhətdən geridönməz məğlubiyyətə uğratdı.

Axar.az xəbər verir ki, İranın ali dini lideri Əli Xamenei deyib.

“Oktyabrın 7-də işğalçı sionist rejim həm hərbi, həm də kəşfiyyat baxmınıdan geridönməz məğlubiyyətlə üzləşdi. Hamı deyirdi ki, məğlubiyyət mümkün deyil. HƏMAS işğal rejiminin suverenliyinin bəzi əsaslarını məhv etdi, onu bərpa etmək o qədər də asan olmayacaq”, - Xamenei bildirib.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “Əqsa tufanı” əməliyyatı başlatdığını elan edib və İsrailə kütləvi hücuma keçib. Nəticədə yüzlərlə israilli öldürülüb, minlərlə yaralı var.

İsrail ordusu bu hücuma qarşı “Dəmir qılınc” əməliyyatına başlayıb.