İsrail Ordusu: Livan hava məkanını pozub

İsrail hərbçiləri Livan ərazisindən ölkənin hava məkanının mümkün pozulması ilə bağlı məlumatları yoxlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Livan tərəfdən ölkənin hava məkanına mümkün qanunsuz giriş ilə bağlı məlumat alınıb. Təfərrüatlar olacaq”, - məlumatda deyilir.

Xatırladaq ki, oktyabrın 7-si səhər saatlarında İsrail Qəzza zolağından çoxsaylı raket hücumuna məruz qalıb. Bundan sonra HƏMAS döyüşçüləri İsrailin cənubundakı sərhədyanı bölgələrə daxil olublar.