Yaşıl dəhliz Aİ üçün həyati əhəmiyyət kəsb edir - Viktor Orban

Bizim sıx əməkdaşlığımız olmadan Avropanın enerji sistemini, Avropa iqtisadiyyatını modernləşdirmək olmaz.

Trend xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Tbilisidə Gürcüstan hökumətinin rəhbəri İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.

V.Orban deyib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgə reallaşdıracağı infrastruktur əməkdaşlıq proqramları - Yaşıl dəhliz layihəsi Aİ üçün həyati əhəmiyyət kəsb edir.

“Avropa İttifaqı üçün bu, nəhəng layihədir və bütün iştirakçı dövlətlər üçün gələcəkdə uzun illər iqtisadi artım mənbəyi olacaq”, - deyə V.Orban vurğulayıb.