İsrailin informasiya naziri istefa verdi

İsrailin informasiya naziri Qalet Distel-Atbaryan istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o “X” hesabında məlumat verib.

Distel-Atbaryan paylaşımında HƏMAS-ın İsrailə hücumundan sonra İnformasiya Nazirliyinin səlahiyyətlərinin bir hissəsinin Diasporla İş üzrə Nazirliyə verilməsini xatırladıb. Həmçinin nazirlik üçün ayrılan pulun ölkənin cənub bölgələrinin sakinlərinə göndərilməsini istəyib.

Qeyd edək ki, Qalet Distel-Atbaryan 2022-ci ilin dekabrından ölkənin informasiya naziri vəzifəsini icra edirdi.

Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.