Lavrovun müavini və İran səfiri “3+3” formatını müzakirə edib

Rusiya XİN başçısının müavini Mixail Qaluzin və İran səfiri Kazem Cəlali Cənubi Qafqazda “3+3” formatının fəaliyyətinin bərpasını müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Diplomatlar Cənubi Qafqazda “3+3” (Azərbaycanın, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) formatında əməkdaşlığın bərpasının zəruriliyini qeyd ediblər.

Görüşdə tərəflər həmçinin bir sıra aktual beynəlxalq və regional mövzuları müzakirə edib.