13 dəqiqəlik telefon danışığı həm İtaliyanı, həm də Qərbi silkələdi...
Əhəmiyyətli şəxslərə zarafatla telefon danışığı edən Vovan və Lexus kimi tanınan rus komediya ustalarının bu dəfə qurbanı İtaliyanın baş naziri Giorgia Meloni olub.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, Sentyabrın 18-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Afrika liderləri ilə keçiriləcək görüşlərdən əvvəl ofisinə gələn zəngin Afrika Birliyi Komissiyasının sədri tərəfindən edildiyini düşünən Meloni, 13 dəqiqəlik danışıqda Rusiya-Ukrayna müharibəsi ilə bağlı təəccüblü qiymətləndirmələr edib.
Meloni ingilis dilində keçirilən görüşdə Avropa liderlərinin Ukraynada 20 aydır davam edən müharibədən bezdiklərini və indi “çıxış yolu” istədiklərini deyib.
Mənbə: Hürriyət qəzeti