Amerikalı aktrisa Scarlett Johansson (38) süni intellektin yaratdığı reklamda adının və imicinin icazəsiz istifadə edilməsinə görə məhkəməyə müraciət edib.
“Sherg.az” xarici mediaya istinadən verir ki, X (Twitter)-də “Lisa AI: 90's Yearbook & Avatar” tətbiqi tərəfindən yayımlanan 22 saniyəlik reklamda saxta görüntü və dialoq yaratmaq üçün Johansonun real görüntülərindən istifadə edilib.
Aktrisanın reaksiyasından dan sonra reklam silinib.
Qeyd edək ki, Aktyor Tom Henks də keçən ay şəklinin onun icazəsi olmadan süni intellekt tərəfindən reklamda istifadə edildiyini açıqlamışdı.
Xatırladaq ki, 2018-ci ildə Scarlett Johansson kompüterdə yaradılmış porno videolarda onun şəklinin istifadəsinə qarşı üsyan edib.
Mənbə: Milliyət qəzeti