KİV: HAMAS 4 günlük atəşkəs müqabilində 50 israilli girovu azad edəcək

İsrail mediası HAMAS-la mümkün razılaşmanın detalları barədə məlumat yayıb.

APA xəbər verir ki, bu barədə "Jerusalem Post" məlumat yayıb.

Bildirilib ki, təklif olunan razılaşma 4 günlük atəşkəs müqabilində təxminən 50 israilli uşaq və onların analarının azad edilməsini nəzərdə tutur. Proses 1:3 formatında həyata keçiriləcək və hər 1 israilli girov qarşılığında 3 fələstinli məhbus azad ediləcək.

Qeyd edək ki, "Reuters" adı açılanmayan rəsmi mənbələrə istinadən məlumat yayıb ki, İsrail və HAMAS arasında razılaşma ilə bağlı danışıqlar son mərhələdədir və tezliklə tərəflər arasında razılaşma əldə oluna bilər.