Ermənistan KTMT-nin XİN başçılarının iclasında iştirak etməyəcək

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirləri səviyyəsində Minskdə keçiriləcək iclasında iştirak etməyəcək.

APA xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan belaruslu həmkarı Sergey Aleiniklə telefon danışığında bildirib.

Bundan əvvəl Paşinyan Minskə getməkdən imtina etdiyini də bildirmişdi.